Mobil versiya
Ruslar sağ qalmaq üçün təslim olmağa başlayıblar: Ukrayna daha tez...
Tarix: 18-03-2022 | Saat: 17:28
Bölmə:Siyasət | çapa göndər

Ruslar sağ qalmaq üçün təslim olmağa başlayıblar: Ukrayna daha tez...

"Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib".

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ və Böyük Britaniya hərbi texnikasını Ukraynada sınaqdan keçirir:

"Rusiya hərbi texnikasının müharibədə hələ ki öyünəcək tərəfi yoxdur, rusiyalı rəsmilərin və generalların "nöqtə atışları həyata keçiririk", nağılına kimsə inanmır, yaşayış binalarını necə gəldi bombalayırlar, bunun nəyi "nöqtə atışıdır"? Türkiyənin "Bayraqdarları" dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir. "Bayraqdarlar" İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibəsində şöhrətini artırdı.

ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikasını real döyüş şəratində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücüylə işləyirlər. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar:

Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı. Misal üçün ABŞ-ın "Javelin" sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşlayırsan, raket öz işini görür.

Rusiya ordusu nədən ağır irəliləyir, müharibəni istədiyi kimi yekunlaşdıra bilmir?

Birincisi, Rusiya ordusunun logistik problemləri yaranıb. Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərbi texnika, ərzaq və digər yardımçı texnika daşıyan kolonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir. İkincisi, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025