Azərbaycan Türkiyə ilə münasibətlərə xüsusi önəm verir
Tarix: 18-03-2022 | Saat: 12:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Tarixən Azərbaycan - Türkiyə münasibətləri qardaşlıq, yaxın qonşuluq, müttəfiklik prinsiplərinə söykənib. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. İki qardaş dövlət arasında çoxsahəli əlaqələr bu münasibətləri daha da istiləşdirir, dərinləşdirir. Türkiyə və Azərbaycan prezidentlərinin dostluq- qardaşlıq münasibətləri ölkələrarası əlaqələrin dərinləşməsinə xüsusi təkan verir. Azərbaycan hər zaman Türkiyə ilə münasibətlərinə xüsusi önəm verib. Elə bunun nəticəsidir ki, uzun illərdir Azərbaycan və Türkiyə bir sıra platformalarda bir-birini dəstəkləyir, hətta bir dövlətin təmsilçisi iştirak etmədiyi halda belə mövqeylərin qorunması üçün hərəkətə keçirlər.
Prezident İlham Əliyev dəfələrlə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü zamanı bu məsələyə aydınlıq gətirib. Prezident vurgulayıb ki, işgaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən ölkəmizdə icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, bu işlərin reallaşmasında mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox böyük rol oynayır. Deməli iki ölkə arasında münasibətlər sağlam bünövrə üzərində qurulmuşdur. Bu səbəbdən biz münasibətlərimizi misli görünməmiş səviyyəyə yüksəltməyə nail olmuşuq.
Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. İkinci Qarabağ müharibəsinin ilk saatlarından, ilk günündən Prezident Ərdoğan Azərbaycanın haqq işini dəstəkləyən bəyanatla çıxış etdi və sonra dəfələrlə bu tip bəyanatlar verdi. Həmin günlərdə bütün Türkiyə ayaqda idi, 30 ildən sonra Azərbaycanın qazandığı qələbəyə sevinirdi. Təsadüfi deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Təəcüblü deyil ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında, Zəngilan Hava Limanının təməlqoyma mərasimində iştirak etdi. Həm dünyaya, həm də hər iki ölkənin vətəndaşlarına Azərbaycan və Türkiyə qardaşlığının əbədiliyi haqqında mesajlar verdi. Həmçinin son vaxtlar iki dövlət rəsmilərinin artan qarşılıqlı səfərləri və görüşləri münasibətlərin yüksələn xətlə davam etməsindən xəbər verir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025