Mobil versiya
Taleyüklü milli-siyasi vəzifələrin böyük uğurlar və qələbələrlə gerçəkləşdirilməsi
Tarix: 17-03-2022 | Saat: 16:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Taleyüklü milli-siyasi vəzifələrin böyük uğurlar və qələbələrlə gerçəkləşdirilməsi


Bu gün Azərbaycan dövləti milli dirçəliş və intibah, inkişaf və tərəqqi yolu olan Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyir, möhtəşəm uğurlara imza atır, hər yeni gününü yeni qələbə ilə qeyd edir, taleyüklü milli-siyasi vəzifələrin gerçəkləşdirilməsi istiqamətində Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın müdrik və qüdrətli liderliyi ilə çoxşaxəli, ardıcıl və hərtərəfli fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dövrün görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ictimai-siyasi prosesləri dürüst və realistcəsinə təhlil əsasında vaxtında və doğru qiymətləndirir, hadisələrə yalnız milli maraqlar və dövlətçilik prizmasından baxır, məsələlərə mütləq olaraq xalqın və dövlətin mənafeyi mövqeyindən yanaşır, yaranmış faktik vəziyyətdən, yeni reallıqlardan və konkret situasiyadan çıxış edərək mövcud imkan və potensiyal çərçivəsində optimal həll yolları tapır, ağıllı və icrası mümkün qərarlar qəbul edir və ən effektiv tədbirlərin görülməsinə nail olur.
Son illərdə bütün istiqamətlərdə həyata keçirilən hərtərəfli islahatlar və ayrıca olaraq xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində köklü dəyişikliklərə yönəlik konkret tədbirlər, xüsusən 2022-ci il fevralın 22 də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bunun parlaq nümunəsidir. Yaşadığımız dönəmin yetərincə önəmli siyasi hadisəsi kimi güclü rezonans doğuran Bəyannamə Azərbaycanın çoxşaxəli müstəqil siyasətinin, region ölkələri və beynəlxalq aləmlə münasibətlərinin real əməli nəticəsi və yeni reallıqların təbii ifadəsi kimi böyük əhəmiyyətə malikdir. Təntənəli surətdə imzalanaraq gündəmi zəbt edən və artıq müasir tarixin predmeti olan bu Bəyannamə bir daha belə bir bəlli həqiqəti təsdiq edir ki, Azərbaycan dövləti öz milli maraqlarına müvafiq çoxsahəli müstəqil xarici siyasət yürüdür, öz xarici siyasətində multilaterizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bir daha yüksək səviyyədə sübut olundu ki, qonşu ölkələrlə bütün sahələr üzrə münasibətlər kompleksinin qurulması Prezident İlham Əliyevin zəngin və çoxşaxəli dövlətçilik fəaliyyətinin mühüm prioritet istiqamətidir. Şəxsiz həqiqətdir ki, Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu faktorun rolu kifayət qədər sanballı olmuşdur. Bu gün Ermənistanın məhz qonşu ölkələrlə normal əlaqələr yarada bilmədiyi üçün necə miskin duruma düşdüyü və öz tarixinin ağır reqress dövrünü yaşadığı heç kimə sirr deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ 2021-ci il noyabrın 20 də xalqa müraciətində Ermənistanın söüzn bir başa anlamında zəlil vəziyyətə düçar olmasını nəzərdə tutaraq xüsusi xüsusi vurğuladı ki, “qonşularla normal münasibətlər qura bilməyən ölkə necə inkişaf edə bilər?!”

Bu baxımdan Azərbaycan müsbət mənada tam fərqli durumdadır. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ Azərbaycan Respbulikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib və Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Türk dövlətləri ilə, qonşu Gürcüstan və İran ilə, Avropa İttifaqı ilə münasibətlər yüksələn xətlə inkişaf edir

Belə bir diqqətəlayiq amili qeyd etmək lazımdır ki, Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Cənubi Qafqazda yeni bir bölgə nizamı, regional konfiqurasiya təşəkkül tapır. Bu yeni konfiqurasiyanın əsas aktorları Azərbaycan, Türkiyə və Rusiyadır.

Bu baxımdan hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı təsbit edir.

Qazandığımız hərbi zəfərin siyasi diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın bölgədə yaratdığı yeni gerçəkliklərin tam olaraq qəbul edilməsi həyati vacib məsələyə çevrilir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsiliyinə kifayət qədər güclü əlavə zəmanət qazanır.

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Moskva Bəyannaməsinin mahiyyəti və əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Hər iki ölkə müstəqil xarici siyasət yürüdür.
Bəyannamə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

Bəzi dairələrin, maraqlı şəxslərin və qrupların xalqımız, ölkəmiz və dövlətimiz üçün həyati əhəmiyyətli bu Bəyannamənin mahiyyətini təhrif etməsi, onun müstəqilliyimizi məhdudlaşdıran bir sənəd olması barədə mülahizələri tam əsassız və yalnış və rallıqdan məhrum absurd fikir və iddiadır. Müşahidələr göstərir ki, dünəndən bəri böhtan, qərəz və iftira üyündən şər dəyirmanlarının hay-küyü xeyli artıb və bu da vətənini sevən, dövlətinə bağlı hər bir azərbaycanlının yalan və qərəz püskürənlərə qarşı hiddəti də təbii olaraq artırıb. Xalqımız öz milli sərvəti olan dövləti və dövlətçiliyinə ilə birmənalı sədaqətini məhz öz təbii cavab reaksiyası, məlum xəyanətkarlara və onların qızışdırıcılarına nifrətləri ilə bu gün bir yumruq kimi birləşərək nümayiş etdirir.

Güclü dövlətin sükanının etibarlı, möhkəm və qüdrətli əllərdə olması həqiqəti isə xəyanət çırkabından hərdənbir beləcə baş qaldıran oyuncaq satqınların nəinki yuxularını haram edir, hətta onları mütəmadi epilepsiya halına salan başlıca amildir. Azərbaycan xalqının milli birliyimz, öz müstəqil dövlətinə və bugünki əsil milli hakimiyyətinə bağlılığını “bəlkə də qaytardılar” sayıqlaması ilə çabalayan bir ovuc siyasi riyakar və təmiz suyu bulandırmaq istəyən heç vaxt poza bilməz və qumdan evcik quran “saqqallı uşaqlar”ın rəngli yuxuları kimi bu çirkin iddiaları da səksəkəli xülya olaraq yalnız xam xəyal kimi qalmağa məhkumdur. Ona görə də narahatçılıq üçün elə bir əsas yoxdur. Birdə ki məyər uğurlarımızı istəməyənlərin, müstəqil siyasətimizi və layəqətli davranışımızı gözü götürməyənlərin iyrənc refleksləri bu qədərmi gözlənilməzdir?

Bu gün Azərbaycan əslində tarix baxımından kiçik bir zaman kəsiyində qazandığı çox böyük uğurlar, misilsiz nailiyyətlər, tarixi zəfər, hərtərəfli inkişafı və hansı rakursdan baxılmasından asılı olmayaraq bütün parametrlər üzrə ləyaqət nümunəsi olan əsil milli lider, görkəmli dövlət xadimi və siyasətçi nüfuzu həyatın özü tərəfindən təsdiq edilən cənab İlham Əliyev miqyaslı Prezidentə malik gənc, güclü, müstəqil siyasət yeridən dövlətinin bir çoxlarının yuxularını qaçırması bizi niyə təcübləndirməlidir? Günəşdən qorxanlar yarasalar deyillərmi? Həqiqətən günşəi kimlərinsə gözlərini kor edirsə, öz bəlalarıdırvə qoy özləri rahatsız olsunlar.

Bizim gücümüz həmrəyliyimzdə və birliyimzdə, böyük xalqın adına layiq daha güclü dövlət məqsədinə doğru irəliləyişi əl-ələ, qol-qola, çiyin-çiyinə bir yerdə davam etdirməyimizdə, Ulu Öndərimiz Heydər Əliyevin ucaltdığı bayrağa və bizə yeganə doğru yolu göstərən həmişəyaşar irsinə sonadək sədaqətli olmağımızda dövlətçiliyimzə və onun simvolu olan Prezidentimizə daha möhkəm bağlığımızı, yeni, zəngin və daha güclü Azərbaycan uğrunda mücadiləyə ləyaqətli rəhbərlik edən müdrik və qüdrətli liderimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyvanın ətrafında hər gün, hər an öncəkindən daha çox sıxlaşmağımızdadır!


Hafiz Cavadov
YAP Cəlilabad rayon təşkilatının İdarə Heyətinin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024