Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 17-03-2022 | Saat: 15:09
Bölmə:Siyasət | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir.

2022-ci il mart ayının 17-də YAP Qazax rayon təşkilatının BDU Qazax filialı ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib. Hesabat – seçki yığıncağında pandemiya qaydalarına tam əməl olunub.

aia.az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncaqda ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzə dinlənildi.

Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

BDU Qazax filialı ərazi partiya təşkilatında təşkilati məsələlərə də baxıldı.

YAP Qazax rayon təşkilatının BDU Qazax filialı ərazi partiya təşkilatında Hamlet İlyasov sədr, Mustafa Mustafayev sədr müavini seçildi.
Yığıncaqda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədri və müavini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi hər birimiz üçün fəaliyyət proqramıdır. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini ön plana çəkdi. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi. Yığıncaq iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək səmimi arzularını çatdırdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024