Deputatı girov əvəzində həbsdən buraxdılar
Tarix: 11-05-2016 | Saat: 19:10
Bölmə:Gündəm | çapa göndər
Rusiyanın Komi muxtar respublikasının Uxta şəhər məhkəməsi regionun Dövlət Şurasının deputatı, azərbaycanlı icmasının liderlərindən biznesmen Akif Sayadovu girov əvəzində həbsdən buraxıb.
Komi KİV-lərinə xəbər verir ki, məhkəmədə girov üçün qoyulan məbləği açıqlamayıblar. Ancaq ehtimal olunur ki, söhbət 3 milyon rubl məbləğdə puldan gedir. Məlumata görə prokuror Sayadovun həbsdən buraxılması qərarından protest verib.
Akif Sayadov səhmləri dövlətə məxsus olan “Uxtanefteqazgeologiya” ASC-nin baş direktoru olub və 2014-cü ilin oktyabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilmişdi. Onun həbsi geniş rezonansa səbəb olub. Akif Sayadov həbsdən bəyanatlarla çıxış edərək Komi prokurorluğunun ona qarşı qurama ittihamlar irəli sürdüyünü bildirib. Onkoloji xəstə olan Sayadov həbsinin sifarişli olduğunu deyib : “Qoy FTX araşdırsın ki, mənim həbsimi prokurorluğa kim sifariş edib? Onlar məni fiziki məhv etmək istəyir”.
Sayadova qarşı irəli sürülmüş ittihama əsasən o, direktoru olduğu şirkətin 42 milyon rubl vəsaitini mənimsəyib.Əvvəl onu terrorçuluğu maliyyələşdirməkdə də ittiham etmək istəyiblər, lakin daha sonra istintaq iqtisadi cinayətlərə dair ittihamla kifayətlənib.
Akif Sayadov Sıxtıvkar təcridxanasında saxlanılıb, vəkilləri onun səhhətinin ağır olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasına çalışıblar. Lakin məhkəmə dəfələrlə bu vəsadətləri rədd edib.
65 yaşlı A.SayadovNaxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər