Mobil versiya
Hicran Hüseynova: "Hələ də həllini gözləyən məsələlər var"
Tarix: 15-03-2022 | Saat: 16:00
Bölmə:Siyasət | çapa göndər

Hicran Hüseynova:

Ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox tərəfli, balanslı siyasət, düzgün iqtisadi strategiya nəticəsində inkişaf edir. Azərbaycan həm region, həm də dünya dövlətlərin üçün mühüm layihələr təqdim edir, təşəbbüslər göstərir.

Dövlətimizin qarşısında çox mühüm vəzifələr dayanır: iqtisadiyyatı şaxələndirmək, onun artım sürətini və dayanıqlığını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, bütün sosial təbəqələrin, xüsusilə də həssas və risk qrupundan olan insanların sosial müdafiəsini daha da gücləndirmək, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma tədbirlərini icra etmək, “Böyük Qayıdışı” reallaşdırmaq və digər məsələlər. Cənab Prezident İlham Əliyev idarəetmədə elə bir işlək mexanizm yaratmışdır ki, istər pandemiya, müharibə, istərsə də post-müharibə dövründə bütün nazirliklər və dövlət qurumlarının vahid bir orqanizm kimi operativ və konstruktiv fəaliyyət göstərir, öz vəzifələrini yerinə yetirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında Hesabat yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış, bütün mühüm istiqamətlər üzrə geniş və əhatəli təhlil verilmişdir. Bu baxımdan Hesabat mühüm əhəmiyyət daşıyır. Burada görülən işlərlə yanaşı, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası ilə bağlı məlumat da yer alır. Bu Hökumətin deputatlar tərəfindən səsləndirilmiş məsələlərə diqqətin və bütövlükdə qanunverici orqanla icraedici orqanın qarşılıqlı əməkdaşlığının göstəricisidir. Bu isə son nəticədə vətəndaş müraciətlərinin əlçatanlığının təmin edilməsinə, vətəndaş məmnunluğuna nail olunmasına müsbət təsir edir. Hazırda regionda və dünyada gedən proseslər daha çevik və kompleks antiböhran tədbirlərinin həyata keçirilməsini zəruri edir. Və bu məsələdə də Azərbaycan Prezidentinin rəhbərliyi və tapşırığı ilə çox vacib işlər görülür, layihələr həyata keçirilir. Ölkəmiz energetika sahəsində çox önəmli addımlar atılıbdır. Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu gün isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur.

Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, münbit və stabil ölkədir. Qeyri-neft sektorunun inkişafı, bu sahə xarici investisiyanın qoyulması bizim əsas prioritetlərimizdən biridir. Artıq Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edir. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ya¬şıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Əlbəttə ki, bölgədə və dünyada baş verən hərbi və iqtisadi böhranlar hər bir dövlət daha çevik və strateji qərarlar qəbul etməlidir. Ölkəmizlə bağlı risklər müəyyən edilir, hesablamalar aparılır. Artıq cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaranan çağırışlara operativ reaksiya vermək üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Ölkəmizdə əsas (ərzaq) məhsullarının zəruri ehtiyatı yaradılıb və təcili əlavə təchizatla bağlı tədbirlər görülür. Bütövlükdə, Hesabatı əhatəli hazırlanmış sənəd hesab edirəm, eyni zamanda vətəndaş müraciətləri əsasında olan fikirlərimi də bildirirəm.

Əsas məsələlərdən biri də, məktəbəqədər təhsil müəssisələrin sayının artırılması ilə bağlıdır. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 31,3 faizdir. Şəhər yerlərində bu rəqəm 43,3 faiz, kənd yerlərində isə 20,1 faiz təşkil edir. Bildiyiniz kimi, bu məsələ həm cənab Prezident İlham Əliyevin, həm də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqətindədir. Lakin, yenə də uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin sayı yetərli deyil. Bu ilk növbədə uşaqların erkən sosiallaşması və inkişafına mənfi təsir göstərir. Eyni zamanda, qadınların əmək və ictimai fəaliyyətində problemlər yaradır. Qadın məşğulluğunun keyfiyyətini aşağı salır. Ona görə də, bizə edilən müraciətlərin böyük hissəsini uşaq bağçalarının və müvafiq müəssisələrin sayının artırılması təşkil edir.

Nikahdan əvvəl psixoloji testin aparılması ilə bağlı,biz bu məsələni dəfələrlə səsləndirmişik. Boşanmaların sayı artır. Son on ildə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı birdən 1-dən 1,5-ə qədər artmışdır. Vaxtı ilə Ailə Məcəlləsində Mehriban xanımın təşəbbüsü ilə dəyişiklik olundu, tibbi müayinədən keçmək icbari xarakter aldı. Bu çox müsbət bir hadisə idi və bir çox problemləri aradan qaldırdı. Məhkəmə proseslərində tərəflər bir-birini psixoloji problemlərinin olması ilə ittiham edir. Məhz bu halların aradan qaldırılması,sağlam ailələrin qurulması üçün psixoloji testin keçirilməsi vacibdir. Burada müvafiq qurumların iştirakından istifadə edərək təklif edirəm ki, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” na psixi sağlamlıq və psixoloji test də əlavə edilsin. Eyni zamanda, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrində nikahdan əvvəl, məhkəmələrdə isə proses zamanı psixoloji xidmət göstərilsin. Bu insanların maariflənməsinə və düzgün qərar qəbul etməsinə yardım edəcəkdir. Mediator məhkəmələrinin yaradılması çox yaxşı təcrübədir, lakin onların sayı artmalıdır. Eyni zamanda, bu gün vacib məsələlərdən biri də hakim və vəkillərin ixtisaslaşdırılmasıdır. Xüsusilə ailə münaqişələri, birinci instansiya məhkəmələrində, mülki işlərlə bağlı məhkəmələrdə ixtisaslaşmış mütəxəssislərə ehtiyac vardır. Bu həm insan hüquqlarının qorunması, həm də qəbul olunmuş qərarlara istinad sahəsində çox müsbət nəticə verə bilər. Bəzən proseslərdə elə vəziyyət olur ki, həmin halda sosial işçiyə və ya psixoloqa ehtiyac yaranır. Ona görə də məhkəmələrdə sosial işçi və psixoloq ştatının olması da vacibdir.

Aliment Fondunun yaradılması ilə bağlı:Bu məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, Ədliyyə və Maliyyə nazirlikləri təklifə çox adekvat münasibət göstəriblər. Belə bir Fond həm uşaqları müdafiə edəcək, həm dövlətin iqtisadi yükünü azaldacaqdır. İnanıram ki, tezliklə bu məsələ öz həllini tapacaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, eləcə də Qadın Resurs Mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində isə məişət zorakılığı qurbanları üçün dövlət sığınacağı var. Bu mərkəzlər qadın və uşaq hüquqlarının müdafiəsinə, ailə problemlərinin həllində, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına, insanların maariflənməsinə böyük töhfə verir. Xüsusi ilə regionlarda belə mərkəzlərin, sığınacaqların sayının artırılmasına ehtiyac var. Fikirləşirik ki, imkanları nəzərə almaqla bu məsələni nəzərdə saxlayasınız.

Ölkədə hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. 2021-ci ildə 246 uşaqda kardioloji əməliyyat həyata keçirilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sahədə mühüm işlər görür. Lakin yerlərdə valideynlərin məlumatlı olmaması, bu uşaqların vaxtında qeydiyyata salınmaması da müəyyən çətinliklər yaradır. Ona görə də bu sahədə işlərin daha da gücləndirilməsinə ehtiyac vardır.

11 ildən artıqdır ki, Azərbaycan Uşaq Qaynar Xətti Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə əlli üç mindən çox müxtəlif xarakterli müraciət cavablayıb. Bu günlərdə Fövqəladə Hallar Nazirliyi də həmin mərkəzlə əməkdaşlığa başladı. Bu, ağır vəziyyətlə üzləşən uşaqlara, psixoloji təzyiq və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın göstərilməsi baxımından çox əhəmiyyətlidir. Mən bütün dövlət qurumlarını bu sahədə aktiv olmağı çağırıram.

Seçildiyim 41 saylı Sumqayıt seçki dairəsi ərazisində yaşayan seçicilərin müraciətlərini diqqətinizə çatdırmaq istərdim. Qeyd etmək lazımdır ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Şəhərin infrastrukturu inkişaf edir, inşaların rifah halı yaxşılaşıdrılır. Bununla yanaşı, bəzi problemlər hələ də həll olunmamış qalır. İlk növbədə Corat qəsəbəsində kanalizasiya məsələsinin həlli, rəsmi olaraq bir neçə dəfə müraciət edilsə də, məsələ həll edilmir. Əlilliyin müəyyən edilməsi ilə bağlı problemlər qalmaqdadır. Həm Vətən müharibəsi, həm də 1-ci Qarabağ müharibəsi qazilərinə əlilliyin verilməsi ilə bağlı daha dəqiq və real mexanizm tətbiq edilsin. Dəqiq statistika aparılsın, insanlar düzgün və ətraflı məlumatlandırılsın. Sumqayıtda həm keçmiş məcburi köçkünlər, həm də qazi ailələri yaşayan bir neçə yataqxanaların əsaslı təmirə ehtiyacı var. Bəzi yerlərdə, vətəndaşların evlərinin istiliklə təmin olunmasında ciddi problemlər var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024