Mobil versiya
Novruz milli və mədəni irsimizdir
Tarix: 15-03-2022 | Saat: 14:07
Bölmə:Seçki 2024 | çapa göndər

Novruz milli və mədəni irsimizdir

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

Qədim dövrlərdən Odlar Yurdunun sakinləri baharın gəlişini, yeni gün - Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Azərbaycan bu bayramı həmişə digər bayramlardan üstün tutmuşdur.

Ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevavının təşəbbüsü və yorulmaz fəaliyyəti nəticəsində 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, eyni zamanda 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Hələ 1998-ci ildə keçirilən Novruz şənliyində ulu öndər Heydər Əliyev öz təbrik nitqində yaxın gələcəkdə Novruz bayramının işğal olunmuş ərazilərimizdə keçiriləcəyini bildirmişdir və bu arzu, istək Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində gerçəkləşdi, 44 günlük şanlı Vətən Müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi.

Böyük qürur hissi ilə deyə bilərik ki, artıq Novruz tonqallarımız Şuşada, Ağdamda, Laçında, Qubadlıda və digər işğaldan azad olunan ərazilərimizdə qeyd olunur. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə isə cansağlığı arzulayırıq.

Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!

Novruz bayramınız mübarək olsun!

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024