Mobil versiya
İsrail səfirliyi qarşısında qanlı hücum – Polis atəş açdı
Tarix: 28-10-2026 | Saat: 11:43
Bölmə:Özəl | çapa göndər

İsrail səfirliyi qarşısında qanlı hücum –



Serbiyanın paytaxtı Belqradda İsrail səfirliyinin mühafizəsini həyata keçirən polis əməkdaşına bıçaqla hücum edilib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin açıqlamasına görə, silahlı şəxs səfirlik binasının qarşısında növbə çəkən jandarm əməkdaşına hücum edib.

Hadisə zamanı polis əməkdaşı yüngül xəsarət alıb. O, cavab atəşi açaraq hücumçunu zərərsizləşdirib.

Serbiya hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib. Daxili işlər nazirinin sözlərinə görə, hücum edən şəxsin İŞİD terror təşkilatının tərəfdarı olduğu müəyyənləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hücumçunun şəxsiyyəti, mümkün əlaqələri və hadisənin digər iştirakçılarının olub-olmadığı araşdırılır.

Serbiya rəsmiləri diplomatik nümayəndəliyin təhlükəsizliyinə yönəlmiş hücumun bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin davam etdiyini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026