Mobil versiya
YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi
Tarix: 15-03-2022 | Saat: 09:42
Bölmə:Siyasət | çapa göndər

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi


YAP-ın VI qurultayı 4 il əvvəl, 2018-ci il fevralın 8-də keçirilib.Qurultay həmin il aprelin 11-də keçirilən prezident seçkilərinə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürmüşdü.Ötən 4 ildə Azərbaycanın siyasi-ictimai, sosial həyatında çox ciddi dəyişikliklər baş verib.Hələ 2018-ci ilin aprel seçkilərindəki qələbədən sonra Prezident İlham Əliyev bildirmişdi ki,əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq.Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevriləcəyini, siyasi-iqtisadi islahatların dərinləşdiriləcəyini bildirmişdi.

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın,fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın nail olduğu yüksəliş nümunələri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir.Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu baxımdan yeni islahatlar dövlət hakimiyyəti idarəetməsini, məhkəmə-hüquq sistemini cəmiyyətdə formalaşan yeni çağırışlara və ölkədə baş verən pozitiv dəyişikliklərə uyğunlaşdırdı,ictimai həyatın bütün sferalarında vətəndaşların məmnunluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb etdi. O cümlədən sosial islahatlar Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürü idi.

Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir.Məhz YAP-ı təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyanın islahatlara verdiyi dəstəyin və töhfənin növbəti nümunəsi idi.

YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi.Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi.Təsadüfi deyil ki,Prezident,Yeni

Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından dörd il ötür.Bu illər ölkəmiz üçün,bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir.Təbii ki,onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi,Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi,işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə,tarixi ədalət bərpa olundu.Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

Son prezident seçkilərindən sonra İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır.Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur.

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni,çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

Bütövlükdə,YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir.Ən əsası,qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu.Ən əsası, VII qurultay göstərdi ki,ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

Cavid Mustafayev.
YAP Goranboy rayon təşkilatının əməkdaşı.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025