Mobil versiya
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir - FOTOLAR
Tarix: 14-03-2022 | Saat: 15:03
Bölmə:Siyasət | çapa göndər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

14 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Ziyadlı kənd və Ziyadlı tam orta məktəb ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. Elvin Quliyev Ziyadlı kənd ərazi partiya təşkilatının sədri, Qəzənfər Abbasov sədr müavini; Şəfəq Alıyeva Ziyadlı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Aynurə Həsənova isə sədr müavini seçiliblər.

Yığıncaqlarda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək YAP-ın ölkəmizin inkişafında və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışıb. Vurğulayıb ki, bu gün Azərbaycan YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar qazanır, ölkə iqtisadiyyatı dinamik inkişaf tempinə malikdir, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, infrastruktur təminatının gücləndirilməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Sonda G.Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024