Mobil versiya
Könül Nurullayeva: “Naxçıvana açılan yeni dəhliz Ermənistana ağır zərbə oldu”
Tarix: 12-03-2022 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva: “Naxçıvana açılan yeni dəhliz Ermənistana ağır zərbə oldu”

Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və İran ərazisindən Naxçıvana 2 avtomobil körpüsü tikiləcək. Azərbaycanı Muxtar Respublika ilə birləşdirən yolda 50-55 km məsafədən sonra azərbaycanlıların Naxçıvana keçidi təmin olunacaq. Bu, eyni zamanda geniş tranzit imkanlar yaradacaq. Bu, çoxfunksiyalı nəqliyyat dəhlizi kimi bütün iştirakçı dövlətlərin marağına cavab verir.

Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılmasıdır. Beləliklə, Ermənistandan yan keçməklə Naxçıvana dəhliz açılır. İlk növbədə Azərbaycanın növbəti diplomatik qələbəsi olan bu sənəd Ermənistana ağır zərbədir. Müharibənin başa çatmasından keçən müddətdə Ermənistan Azərbaycanın sülh təklifini düzgün dəyərləndirə bilmədi. İtirən də elə Ermənistan oldu. Çünki bu dəhliz yeni kommunikasiya imkanıdır və bununla faktiki Avrasiyanın nəqliyyat-logistika xəritəsi yenidən qurulur.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib – “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.” Ermənistan nə qədədr dəhliz ifadəsini qıcıq və fobiya ilə qarşılasa da 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda da dəhlizlərin maneəsiz keçidi xüsusi qeyd olunur. Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir. Ermənistan da Zəngəzur dəhlizində bu maneəsiz keçidi təmin etməyə məcburdur. Sadəcə, Ermənistanın zamanı və Azərbaycanın təklifini düzgün qiymətləndirməməsi onu oyundankənar vəziyyətə saldı. Nəticədə İran və Azərbaycanın iştirakı ilə yeni dəhlizin əsası qoyuldu.

Ermənistan regionda sabitliyin qorunması istiqamətində özünü guya aktiv dialoqa hazır tərəf kimi göstərməyə çalışsa da, reallıq bunun əksini göstərir. Son vaxtlar separatçıların da sərhəddə fəallaşması bir daha göstərir ki, Ermənistanın destruktiv siyasətinə görə bölgədə gərginlik səngimir.
Azərbaycanın təklifi sülh müqaviləsinin imzalanmasına, dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində sərhədin demarkasiyasına, regionda nəqliyyat əlaqələrinin açılmasına başlamaqdan ibarətdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024