Mobil versiya
Qadınların evli kişilərə marağı...
Tarix: 11-05-2016 | Saat: 13:00
Bölmə:Gündəm | çapa göndər

Qadınların evli kişilərə marağı...


Subay və dul kişilərimizin acığına gəlməsin, əksər qadınların evli kişilərə marağı daha qabarıqdır. Öz şəxsi müşahidələrimdən də görürəm ki, ətrafımda olan qadınların demək olar ki, yarısı evli kişilərlə sevgi münasibətindədir. Bu maraq nədən yaranır? Nədir qadınları onlara tərəf çəkən qüvvə?

Bir yazıda oxudumuşdum ki, evli kişilərlə münasibət həmişə maraqlı olur, çünki evli kişilər həyatda artıq öz yerlərini tutmuş olurlar, onların ikinci qadına verdiyi diqqət, sevgi tam fərqli olur. İkinci qadınla münasibətə başlayan kişi özünü yenidən doğulmuş kimi hiss edir, ailə qayğılarından qismən də olsa, uzaqlaşır, bütün hissləri, emosiyaları bir-birinə qarışır, həyatı daha maraqlı yaşamağa başlayırlar.

Başqa bir səbəb isə qadınların daha təcrübəli kişi axtarışında olmağıdır. Qadınların fikrincə, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı, yetişkən olurlar. Onların sevgili və həyat yoldaşı arasındakı fərqi görmələri sevgi macəralarını daha uğurla yaşamalarına imkan yaradır. Çünki kişi fikirləşir ki, sevgili olduğu xanım onun çirkli corablarını yusa və yaxud ev paltarında onun qarşısında iş görsə, onunla əvvəlki ehtirasla sevişə bilməyəcək.

Bir neçə il əvvəl Amerikanın Oklahoma Universitetində edilən araşdırmaya görə, qadınlar "çətin və ya əldə edilməsi qeyri-mümkün” kişilərdən daha çox xoşlanırlar. Mütəxəssislər buna ”Angelina Jolie sindromu” adını verdilər.
Oklahoma Universiteti tərəfindən edilən araşdırmaya təxminən 500 qadın qatılmışdır. İki qrupa ayrılan qadınlara eyni kişilərin fotoşəkilləri verilmişdir. Bir qrupa baxdıqları fotoşəkillərdəki kişilərin evli olduğu, digərlərinə də subay olduğu deyildi. Araşdırmaların nəticələrinə görə, ortalama bir kişi subay olduğu deyildiyində qadınların yüzdə 60-ı tərəfindən bəyənildi. Ancaq bu kişinin evli olduğu açıqlandığında, bu dəfə qadınların yüzdə 90-ı eyni kişini cazibədar tapdığını açıqladı.

Mütəxəssislərin fikrinə görə, qadınların evli kişilərin arxasınca qaçması tamamilə təkamüldür. Buna görə əgər bir kişi bir qadın tərəfindən seçilmişsə, digər qadınlar bu kişidə nəsə olduğunu fikirləşirlər. Bir qadının bir kişini seçməsi digər qadınlar tərəfindən "Bu kişi subaylardan daha qiymətlidir” hissini yaradır.

P.S: Bu yazını oxuyandan sonra evli qadınlar və subay oğlanlar tərəfindən tənqid atəşinə tutulmağı gözə almışam. Ona görə bu başdan yazım ki, bu yazı müəyyən tip qadın və kişilərə aiddir. Hamıya yox…

Vəfa Soltanova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024