Mobil versiya
Türkiyədə dövlət sistemində ...... KÖKLÜ DƏYİŞİKLİK
Tarix: 11-05-2016 | Saat: 12:08
Bölmə:Siyasət | çapa göndər

Türkiyədə dövlət sistemində ......

Türkiyədə dövlətin idarəedilməsi modelində ciddi dəyişikliyin edilməsi gözlənilir.

Aia.az lent.az-a istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Nürəddin Canikli partiyalı prezident hakimiyyəti sistemi ilə bağlı qanun layihəsinin iyun ayına qədər parlamentə təqdim ediləcəyini deyib.

Ölkənin yeni sistemə keçməsi üçün ilk olaraq konstitusiyada dəyişikliyin edilməsi zəruridir. Lakin AKP ölkənin əsas qanununa ediləcək dəyişikliyə kimi prezidentin bütün səlahiyyətlərə yiyələnməsinə tərəfdardır. N.Canikli deyib: "Biz prezident hakimiyyəti sistemini bütün detalları ilə konstitusiyaya uyğunlaşdırmaq istəyirik. Ancaq bunun zaman alacağı və digər partiyalar tərəfindən dərhal qəbul edilməyəcəyini görürük. Nəticəsi olmayacaq prosesə başlamağın mənası yoxdur və bu səbəbdən də qismən keçid hökuməti formasında partiyalı prezidentlik sistemini həyata keçirməyi məqbul sayırıq".

AKP rəsmisi partiya lideri olan prezidentin ölkədə tam hüquqlu dövlət və hökumət başçısı olması ilə bağlı layihənin digər partiyalarla müzakirə etməyə hazır olduqlarını bəyan edib.

Qeyd edək ki, 5 maddəlik yeni layihədə ölkə prezidentinin eyni zamanda partiya lideri olması əks olunur. Yeni sistemə keçidlə bağlı işlərə Türkiyə parlamentinin yeni hökumətin tərkibini təsdiq etməsindən sonra başlanacaq.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024