Kollecdə “Yarımçıq təhsil, erkən nigah...Sonu görünməyən gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR
Tarix: 04-03-2022 | Saat: 17:57
Bölmə:Təhsil | çapa göndər
04 mart 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Yarımçıq təhsil, erkən nigah...Sonu görünməyən gələcək” mövzusunda tədbir keçirildi. Tədbirdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, direktor köməkçisi t.ü.f.d. Cəmil Quliyev, Lənkəran şəhər gənclər və idman idarəsinin rəis müavini Yusif Xamiyev, “Gender bərabərliyi” İB-nin sədri Şəkərxanım Əliyeva, Hüquqşunas vəkil Araz Nurməmmədov, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Səyyad Babakişiyev, lahiyənin eksperti Şərqiyyə Dadaşova və Kollecin yetkinlik yaşına çatmayan tələbələri və valideynlər iştirak edirdilər.
“Gender bərabərliyi” İB-liyi 04 mart 2022–ci il tarixdə LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə tədbir keçirdi. I kurs tələbələri üçün təşkil olunmuş bu tədbirdə “Yarımçıq təhsil, erkən nigah...Sonu görünməyən gələcək” mövzusunda təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparıldı. Tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıldı. Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan Şərqiyyə Dadaşova yetkinlik yaşına çatmayan tələbələri uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. O, bildirdi ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Şərqiyyə Dadaşovanın fikirləri ilə razılaşan tədbir iştirakçıları erkən yaşda qurulan evliliklərin çox vaxt tez dağıldığı haqda fikir söylədilər. Daha sonra hüquqşunas Araz Nurməmmədov erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışdı. Onun sözlərinə görə, son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğuladı. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Səyyad Babakişiyev erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqət yönəltdi.
Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Çünki onlar özləri də hələ uşaqdırlar. Tədbirdə çıxış edən Lənkəran şəhər gənclər və idman idarəsinin rəis müavini Yusif Xamiyev erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verdi. İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara “Gender bərabərliyi” İB tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Cəmil Quliyev
Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024