Bakıda əcaib qadağa: baxmaq olar, toxunmaq - qəti!
Tarix: 11-05-2016 | Saat: 11:12
Bölmə:Gündəm | çapa göndər
Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq və hər kəs tərəfindən bəyənilən işdir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın.
Ancaq icra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyyən əngəllər yaradır.
Fikir vermisinizsə, dünyanın hər bir yerində çəmənliklər insanların istifadəsinə verilir. Yəni insanlar hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda, çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib.
Əcəba, görəsən icra hakimiyyətlərinin bu qadağasının arxasında hansı sirr var?
Gəlin öncə bu barədə danışan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzovun dediklərinə diqqət edək.
Rəis birmənalı şəkildə qeyd edir ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz.
"Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını sərib otururlar onun üstündə, bu isə onun saralmasına və qurumasına səbəb olur. Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda əzilir, saralır və quruyur.
Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır. Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir".
Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil.
İstənilən halda İcra hakimiyyətlərinin bu cür qadağaları onu göstərir ki, onlar çəmənlikərin təyinatından xəbərsizdirlər. Digər tərəfdən, saldıqları çəmənliklərin vəziyyətindən özləri xəbərdardılar, yəni keyfiyyətsiz iş gördüklərini qadağaları ilə özləri təsdiqləmiş olurlar. Yoxsa insanlara bu çəmənliklərdə istirahət etməyi niyə qadağan etsdinlər ki?
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər