Fransadakı Azərbaycan təşkilatları prezident Makronu erməni hərbçilərinin Xocalıda törətdiyi cinayətləri rəsmən tanımağa çağırıb
Tarix: 26-02-2022 | Saat: 16:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fransadakı Azərbaycan diaspor təşkilatları prezident Emmanuel Makrona açıq məktubla müraciət edərək onu erməni hərbçilərinin Xocalıda törətdikləri cinayətləri rəsmən tanımağa və onlara siyasi-hüquqi qiymət verməyə çağırıblar.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Twitter" hesabında məlumat yayıb.
Fransadakı 10 Azərbaycan assosiasiyasının imzaladığı müraciətdə Xocalı faciəsi, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat yer alıb.
Müraciətdə deyilir: “Ədalət zəfər çalmayana, insanlığa qarşı törədilən bu cinayəti törədənlər ədalət önünə çıxarılıb cəzalarını almayana qədər yaralarımız sağalmayacaq və ağrılar keçməyəcək”.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025