“Daşnaksütun” da Azərbaycanı nüvə silahı ilə hədələyir
Tarix: 10-05-2016 | Saat: 17:52
Bölmə:Siyasət | çapa göndər
“Qrant Baqratyan belə bir şey deyirsə, nə dediyini bilir, ağıllı adamdır, baş nazir olub. Onun belə bəyanat verməyə əsası var, biz atom energetikasını inkişaf etdirən bir ölkəyik, başqa bir şey deməyəcəyəm, bu hərbi sirrdir”, - 1in.am saytı bildirir ki, bunu “Daşnaksütun” Erməni İnqilabi Federasiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan deyib.
Aia.az mənbəyə istinadən xəbər verir ki, daşnakların lideri keçmiş baş nazirin söylədiklərinin üstünü ört-basdır etməyə çalışan erməni ictimai və dövlət xadimlərini tənqid edərək Ermənistanın radioaktiv silah istehsalını davam etdirəcəyini iddia edib. “Kim deyir ki. bizə qadağan edəcəklər və kim deyir ki, biz silah istehsal etmirik?” – A.Rustamyan qətiyyətlə deyib.
Qeyd edək ki, son vaxtlar Ermənistan vətəndaşlarının Gürcüstanda böyük həcmdə uran və digər nüvə materiallarının keçirmə cəhdləri ilə bağlı hallar artıb. Aprelin 18-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti üç Ermənistan və üç Gürcüstan vətəndaşını kütləvi qırğın nüvə silahının hazırlanmasında istifadə oluna bilən nüvə materialının qeyri-qanuni satışı cəhdinə görə saxlayıb.
Ötən ayın sonlarında Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan açıq şəkildə bildirib ki. Ermənistanın nüvə silahı var və onu “Ermənistanın iki qonşusunun sonrakı hücumlarından və təcavüzündən müdafiəsi üçün yeganə vasitə” adlandırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ