Mobil versiya
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir
Tarix: 22-02-2022 | Saat: 16:44
Bölmə:Siyasət | çapa göndər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir

22 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Statistika idarəsi və Telekomnikasiya qovşağı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər

Daha sonra təşkilati məsələlərə baxılaraq, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Çingiz Əliyev Statistika idarəsi ərazi partiya təşkilatının sədri, Cəlal Tağıyev sədr müavini, Ələsgər Əliyev Telekomnikasiya qovşağı ərazi partiya təşkilatının sədri Tərxanım Qurbanova sədr müavini seçiliblər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024