Mobil versiya
Ulu Öndər Heydər Əliyevin 93 cü il dönümü anıldı BƏRDƏ
Tarix: 10-05-2016 | Saat: 17:32
Bölmə:Gündəm | çapa göndər


Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Bərdə rayon Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 93-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. ədbirdən öncə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərləri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri Bərdə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır. Tədbirdə ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları İslam Əzimov, İradə Məmmədova, gənclər adından Qurban Məmmədov çıxış etmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun bir qrup əmək adamına Fəxri-fərman təqdim edilmişdir.

Tədbirdə ulu öndər Heydər Əliyevin əzəli və əbədi lider olduğu Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin 93-ci ildönümü ilə əlaqədar YAP rayon təşkilatının rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi, rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə keçirdiyi “Nə? Harada? Nə zaman?” intellektual bilik, mahnı, şer, bədii qiraət müsabiqələrinin qaliblərinə YAP rayon təşkilatının Diplom, Fəxri-fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024