Mobil versiya
Ülviyyə Əliyeva: “Mehriban xanım Əliyevanın fəaliyyəti əsl mərhəmət və humanistlik nümunəsidir”
Tarix: 21-02-2022 | Saat: 12:57
Bölmə:Siyasət | çapa göndər

Ülviyyə Əliyeva: “Mehriban xanım Əliyevanın fəaliyyəti əsl mərhəmət və humanistlik nümunəsidir”

“Ölkənin Birinci vitse-prezidentin fəaliyyətində Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyanı vurğulayan önəmli məqamlardan biri də Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatların, sərgi və tədbirlərin keçirilməsidir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva deyib.

Müsahibimiz qeyd edib ki, Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın son beş il ərzində irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür: “Məlum olduğu kimi, Azərbaycanda Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrinə görə yaradılmışdır. Qeyd etmək lazımdır ki, dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Birmənalı olaraq qeyd etmək lazımdır ki, son beş il ərzində Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi olub. Birinci vitse-prezidentin siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım Əliyeva ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir. Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rol oynayıb.”

Həmçinin Ülviyyə Əliyeva bildirib ki, ərazi bütövlüyünə qəsd edilən və bir milyon qaçqın-köçkünü olan Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində nail olunmuşdur. Bu gün isə Ümummilli Liderin bu vətənpərvər və şərəfli işini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ləyaqətlə davam etdirir: “Fondun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan və ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Ümumiyyətlə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində hər zaman məqsədyönlü iş aparılıb və bu proses indi də davam edir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub” – deyə Ülviyyə Əliyeva bildirib.

Sonda müsahibimiz bu məqamı da vurğulayıb ki, ötən illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin dünyada nüfuzu daha da artmışdır: “Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır”, – deyə Ülviyyə Əliyeva öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024