Mobil versiya
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir - FOTOLAR
Tarix: 21-02-2022 | Saat: 17:16
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Gədəbəy Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

aia.az xəbər verir ki, hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb, Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatına Gədəbəy Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatına – sədr Xıdırov Cəlal Həmid oğlu, müavin –Bağırov Qədir Müzəffər oğlu seçildi.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və aparatın əməkdaşları yeni tərkibin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024