Mobil versiya
Deputat Aqiyə Naxçıvanlı: Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq!
Tarix: 21-02-2022 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat Aqiyə Naxçıvanlı: Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq!


Bu sözləri 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı seçicilərlə növbəti görüşündə demişdir.

Deputatla görüşə gələn Çingiz Daşdəmirov turizm sahəsində kiçik sahibkar kimi 2014-cü ildən fəaliyyətə başladığını bildirmişdir. O, bu işə kənd bələdiyyəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayaraq başlamışdır. Öz hesabına ərazidə abadlaşma işləri aparmış, su çəkmiş, ağaclara qulluq etmiş, əyləncə və istirahət məqsədi ilə kiçik attraksionlar qurmuş, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Oğuza gələn turistlərə xidmət sahəsində xeyli işlər görmüşdür. Lakin son illər dəfələrlə müraciət etməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icarə müqaviləsinin yenidən bağlanılmasına nail ola bilmədiyini söyləmişdir. Xahişi isə bu işdə ona deputat tərəfindən köməklik göstərilməsi olmuşdur. Aqiyə Naxçıvanlı Oğuzun turizm potensialının hətta ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə çalışan sahibkarlara bütün dövlət qurumlarının dəstək verməsini vacib saydığını bildirmişdir. Deputat vətəndaşın müraciətini nəzarətə götürərək səsini aidiyyəti orqanlara çatdıracağına söz vermişdir.

Seçici Cumar Qafarov deputata hər gəlişində ağsaqqalları səmimi qəbul etdiyi, onlara diqqət göstərdiyi üçün minnətdarlığını bildirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin pensiyaçılara dəstəyindən danışaraq həm infilyasiya faizinə uyğun artımın, həm də əlavə olaraq illik müavinətin təyin edilməsinin əmək pensiyaçılarının sosial rifahına çox müsbət təsir göstərdiyini söyləmişdir. Pensiyaçılara xüsusi önəm verdiyinə görə ölkə Prezidentinə onun təşəkkürlərini çatdırmağı xahiş etmişdir. Aqiyə Naxçıvanlı cənab Prezidentin hər sərəncamının əhalinin rifah halının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış olduğunu bildirmişdir.

Rayon ağsaqqalı İzzət Seyidov Oğuzda pandemik vəziyyətdən söhbət açaraq, ölkəmizdə vaksinasiyanın uğurla aparılmasına dövlət başçısı tərəfindən xüsusi diqqət göstərildiyini, bunun da sayəsində əhali arasında ağırlaşma hallarının ciddi şəkildə azalmasından danışmışdır. O, deputatın Oğuza gələn kimi “Ailə-Sağlamlıq Mərkəzi”nə gedərək vaksinasiyanın gedişatı və təchizatla maraqlanmasını məsələyə nə qədər ciddi yanaşıldığının göstəricisi kimi qəbul etdiyini bildirmişdir. Vaksinasiyanın daha uğurla aparılması üçün təkliflərini səsləndirmişdir. Deputat Aqiyə Naxçıvanlı bu qayğı və diqqətin ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən hər bir Azərbaycan vətəndaşına göstərildiyini, xüsusən də pandemiya şəraitində ölkədə aparılan işlərin, görülən tədbirlərin məhz Azərbaycan vətəndaşına olan qayğının təzahürü olduğunu qeyd etmişdir.

Qəbula gələn seçıcı Hafiz Hafizov hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə göndərilməsi qərara alınmışdır.

Oğuz şəhərinin Gənclik massivində yaşayan seçici Malik Məmmədov 6 ildir həmin ərazidə yaşadığını, işıq, qaz, su, kanalizasiya kimi bütün kommunal xidmətlərlə təmin olunduğunu, lakin təkcə rabitə xidmətinin olmadığından gileylənmişdir. Deputat Aqiyə Naxçıvanlı məsələ ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanacağını bildirmişdir.

Qəbula gələn digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırmışlar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata almışdır. Bəzi müraciətlər yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı qısa müddətdə müvafiq icraat aparılacağı bildirilmışdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə