Mobil versiya
2022-ci il Azərbaycanla münasibətlərin möhkəmlənməsinə hədəflənəcək - Rusiya səfirinin müşaviri
Tarix: 21-02-2022 | Saat: 11:15
Bölmə:Siyasət | çapa göndər

2022-ci il Azərbaycanla münasibətlərin möhkəmlənməsinə hədəflənəcək - Rusiya səfirinin müşaviri

Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir.

AİA.Az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Aleksey Studnyarski Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi münasibətlər ötən il də dinamik inkişaf edib.

"Biz bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndiririk. Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar 2022-ci il də əlaqələrin, o cümlədən regional münasibətlərin möhkəmlənməsinə hədəflənəcək", - deyə diplomat bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə