Mobil versiya
Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edəcək
Tarix: 07-02-2022 | Saat: 16:15
Bölmə:Siyasət | çapa göndər

Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edəcək

Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

aia.az-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclsına tövsiyə edilməsi barədə qərar qəbul olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2025