Mobil versiya
Qarabağ zəfərindən sonra Türkiyə regional sülhə töhfə vermək üçün normallaşma addımları atır - AKP sözçüsü
Tarix: 02-02-2022 | Saat: 14:44
Bölmə:Siyasət | çapa göndər

Qarabağ zəfərindən sonra Türkiyə regional sülhə töhfə vermək üçün normallaşma addımları atır -

Qarabağ zəfərinin qazanılmasından sonra bölgədə yeni imkanlar ortaya çıxdı. Regional sülhə töhfə vermək üçün prezidentimiz normallaşma addımları atır.

Trend-in məlumatına görə, bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik mətbuat konfransında deyib.

"Ermənistanda normallaşma addımlarını diqqətlə izləyirik. Artıq Ermənistanla Türkiyə arasında uçuşlar başlayır. Bu nöqtəyə gələnə qədər uzun yol qət etdik. Türkiyə heç vaxt sülh missiyasını müdafiə etmək addımlarından imtina etməyib. Ermənistan isə qarşılıqlı etimad yaradacaq bütün siyasi addımları qəbul etməyib", - deyə o bildirib.

AKP rəsmisi iki ölkə arasında gələcək normallaşma prosesində hər hansı təxribatların baş verməyəcəyinə ümid etdiyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025