İtaliya mətbuatında ümummilli lider Heydər Əliyev haqqında məqalələr dərc edilib
Tarix: 09-05-2016 | Saat: 18:26
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə italiyalı jurnalist Romalo Martelloninin İtaliyanın "Globalist", "Notizie Geopolitiche", "Andradelab" kimi analitik-xəbər portallarında "Azərbaycan və Heydər Əliyev: qırılmaz tellər" adlı məqaləsi dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Müəllif məqaləsinə bu sözlərlə başlayır: "Bir çox dövlətlər vardır ki, onların tarixi və mədəniyyəti həmin dövlətlərin keçmişinə və bu gününə öz təsirini göstərmiş xalqı üçün dəyərli olan böyük şəxsiyyətlərlə bağlıdır. Bu dövlətlərdən bir də Azərbaycandır. Artıq bir müddətdir ki, yüksək tərəqqi və inkişaf yaşayan Qafqaz ölkəsinin paytaxtı Bakını və onun əyalətlərini gəzərək, xalqın Heydər Əliyevi necə xatırladığını və yüksək qiymətləndirdiyini müşahidə etmək olar. Azərbaycanı hazırkı iqtisadi qüdrətinə çatdıran, Avropa, o cümlədən İtaliya üçün etibarlı tərəfdaş edən bu şəxsin doğum günü 10 may tarixində nəinki ölkə daxilində, həm də xaricdə möhtəşəm tədbirlərlə qeyd olunur".
Yazısında ümummilli liderin həyat və fəaliyyətinin əsas məqamlarını xronoloji ardıcıllıqla verən müəllif Sovet İttifaqı dönəmində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrü Azərbaycanda yenilənmə, dinamik inkişaf və mədəni intibah dövrü kimi qiytmətləndirmiş, SSRİ baş nazirinin müavini vəzifəsində səhiyyə, ağır və yüngül sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət və təhsil kimi sahələri kurasiya etdiyi və Sovet İttifaqının liderlərindən biri olduğunu qeyd etmişdir. Heydər Əliyevin SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və baş katib Qorbaçovun siyasəti ilə razılaşmayaraq vəzifəsini tərk etdiyini, Qara Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Azərbaycan əhalisinə qarşı törədilmiş bu cinayətlərə sərəncam verən və icra edənlərin dərhal cəzalandırılmasını tələb etdiyini, bir qədər sonra isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sovet rəhbərliyinin nümayiş etdirdiyi ikiüzlü siyasətinə etiraz olaraq Kommunist Partiyası sıralarından çıxdığını yazmışdır.
SSRİ-nin dağılması və müstəqilliyin bərpasından sonra Azərbaycanın çox çətin dövrdən keçdiyini vurğulayan müəllif vətəndaş müharibəsi və yenicə bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi qarşısında xalqın Heydər Əliyevi vəziyyətin öhdəsindən gələ biləcək yeganə lider kimi gördüyünü, xalqın tələbi ilə hakimiyyətə qayıtdığını demişdir. Müəllif vurğulamışdır ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanıldı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində, elmi əsaslarında dönüş yarandı, demokratik prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
R.Martelloni bildirmişdir ki, Azərbaycanın torpaqlarının 20 faizinin (Dağlıq Qarabağ və 7 ətraf rayon) Ermənistan silahlı qüvvələr tərəfindən işğalı və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişənin həlli Heydər Əliyev siyasətinin prioriteti idi: "Azərbycanda milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dayandırıldı, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu və münaqişənin nizamlanması üçün danışıqlar prosesi başlanıldı. Ölkəyə rəhbərlik etdiyi bütün dövr ərzində Heydər Əliyev beynəlxalq fəaliyyətinin böyük bir hissəsini bu münaqişənin bu gün də olduğu kimi Azərbaycanın ərazi bütövlüyünə hörmət və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilələrindən çıxarılması əsasında həllinə həsr etmişdir".
Ümummilli liderin yürütdüyü daxili siyasətə diqqət yetirən müəllif həmin dövrün Azərbaycanda demokratik institutların möhkəmləndirilməsi üçün çoxsaylı addımların atılması ilə səciyyələndiyini, ölkədə hüquqi və demokratik dövlət quruculuğu yolunun seçildiyini, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyini, aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunların qəbul edildiyini bildirmişdir.
Ümummilli liderin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın xarici siyasətində əsaslı dəyişikliklərin baş verdiyini yazan R.Martelloni müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerinin, yaxın dövr üçün prioritetlərinin, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin istiqamətlərinin, aparıcı strategiyasının müəyyənləşdirildiyini vurğulamış, Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri kimi Azərbaycanın Avropa ailəsinə qoşulmasını və 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsini, bütün bunların Azərbaycanın beynəlxalq etibarlı tərəfdaşa çevrilməsinə böyük töhfə verdiyini qeyd etmişdir.
Məqalədə qeyd olunur ki, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticəsində, 1996-cı ildən başlayaraq, ölkədə hərtərəfli iqtisadi inkişaf vüsət aldı və müasir texnologiyaya əsaslanan sənaye iqtisadiyyatı formalaşmağa başladı. Azərbaycanın "neft strategiyası" və 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu yazan R.Martelloni vurğulamışdır ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri da daxil olmaqla, strateji neft və qaz kəmərləri şəbəkəsi vasitəsilə öz enerji ehtiyatlarını təchiz etməklə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edir: "Bu illər ərzində İtaliya Azərbaycan neftinin əsas istehlakçılarından olmuşdur və TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycan qazının da əsas istehlakçısı olacaqdır ki, bununla da eyni zamanda, İtaliya Avropanın enerji mərkəzinə çevriləcəkdir. Bütün bunlar prezident Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın nəticəsidir".
Müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: "Bu gün azərbaycanlılarla, o cümlədən gənc nəsillə söhbət zamanı aydın olur ki, bütün ömrünü ölkəsinin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin şəxsiyyəti həm doğum günündə, həm də işlərinin bəhrəsinin görüldüyü hər bir məqamda xatırlanır və yüksək qiymətləndirilir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ