Mobil versiya
Azərbaycanlı müxalifətçi HƏBS EDİLDİ
Tarix: 26-01-2022 | Saat: 16:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanlı müxalifətçi

Böyük Britaniyada siyasi sığınacaq istəyən müxalifətçi Ceyhun Zeynalov cinsi təcavüzə görə mühakimə olunub.

"Unikal" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 34 yaşlı jurnalist əvvəlcə özünü təqsirli bilməsə də, daha sonra günahını etiraf edib.

Məlumata görə o, mağazaya gedən əqli qüsurlu qadına qarşı zorakılıq göstərməyə cəhd edib. Əvvəlcə qadınla danışmağa cəhd edən C.Zeynalov ona içki təklif edib. Qadının "yox" cavabından sonra mağazadan bir şüşə araq alıb və sözügedən şəxsin də mağazadan çıxmasını gözləyib.

Daha sonra Zeynalov qadını Stok-on-Trent ştatının Şelton şəhərindəki Müqəddəs Mark kilsəsinin ərazisinə apararaq orada təcavüz etməyə çalışıb. O, qadının qətiyyətli müqavimətindən sonra ərazidən uzaqlaşıb.

Daha sonra Zeynalov tapılaraq 18 ay müddətinə həbs edilib.

C.Zeynalov həm də 10 il müddətinə cinsi zəmində cinayət törətmiş şəxslərin siyahısına daxil edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024