AZ RU Mobil versiya
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib
Tarix: 25-01-2022 | Saat: 15:56
Bölmə:Siyasət | çapa göndər

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

Komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.

İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5106 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2022
26-05-2022