Mobil versiya
Doğuş gününü necə təyin etmək olur
Tarix: 08-05-2016 | Saat: 20:19
Bölmə:Media | çapa göndər

Doğuş gününü necə təyin etmək olur





ndiki dövrümüzdə doğuş gününü hələ də dəqiq şəkildə müəyyən etmək mümkün deyildir. Doğuşun ehtimal olunan gününü 3 üsulla müəyyən etmək olur.

Birinci üsul. Son menstruasiyanın ilk günündən 3 təqvim ayı çıxılaraq, üzərinə 7 gün əlavə edilir. Məsələn, son menstruasiya avqust (ilin 8-ci ayı) ayının 11-də olmuşdur. Bu zaman 8 rəqəmindən 3 rəqəmini çıxaraq nəticədə 5-ci ayı (may) alırıq. Bundan sonra 11 may tarixinin üzərinə 7 gün əlavə edərək, doğuşun ehtimal olunan günü kimi 18 may tarixini tapmış oluruq.


İkinci üsul. Əgər qadın uşaqlığın daxilində və ya düz bağırsaqda temperaturu daim ölçürsə, mayalanma gününü də müəyyən edə bilər (mayalanma günündən etibarən temperaturun 370C-dən aşağı enməsi 10-12 gün ərzində müşahidə edilmir). Bundan sonra mayalanma gününün üzərinə 280 təqvim günü əlavə etməklə doğuş günü müəyyən edilir.
Üçüncü üsul. Dölün ilk tərpənməsi gününün üzərinə ilk hamiləlikdə 20 həftə, təkrar hamiləlikdə isə 22 həftə əlavə etməklə doğuş günü müəyyən edilir.
USM doğuşun təxmini vaxtını təyin edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024