AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığı yüksək dinamika ilə inkişaf edir”
Tarix: 18-01-2022 | Saat: 10:40
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığı yüksək dinamika ilə inkişaf edir”

Məlumdur ki, Azərbaycan və Ukrayna arasında səmimi dostluq əlaqələri mövcuddur. Bu gün bu münasibətlər getdikcə daha da inkişaf edir və ölkələrimiz arasında ən yüksək səviyyədə siyasi dialoq aparılır. Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olarkən öz çışında bu məqamları xüsusi qeyd etmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, iki ölkə müxtəlif beynəlxalq platformalarda bir-birilərinin maraqlarını müdafiə edir. İki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə dəstəkləməsi, müdafiə etməsi mövcud əməkdaşlığın səviyyəsindən xəbər verir. Vacib məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri zamanı siyasi dialoqla bərabər, geniş iqtisadi gündəlik də müzakirə olunmuş, bir sıra əhəmiyyətli sənədlər imzalanmışdır.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Ukrayna Prezidentlərinin verdikləri birgə bəyanat ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyini deməyə əsas verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən geniş tərkibdə görüşdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, pandemiyanın hələ də davam etməsinə baxmayaraq, ölkələrimiz arasında icarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Heç şübhəsiz dövlət başçıları arasında müzakirə olunan və yaxın gələcəkdə həyata keçiriləcək məsələlər və layihələr Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığını daha da dərinləşdirəcək. Məlumdur ki, ölkələrimiz arasında energetika sektorunda əməkdaşlıq artıq ənənəvi xarakter almışdır. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Eyni zamanda ölkələrimiz arasında nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarında əməkdaşlığın da böyük perspektivləri var. Dövlət başçımızın qeyd etdiyi kimi, ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün yanvarın 14-ü aparılan müzakirələrdə əlverişli zəmin yaradılmışdır. Əlbəttə ki, bu, atılan ən mühüm addımlardan biridir. Son dərəcə vacib bir məqam ondan ibarətdir ki, hər iki ölkənin Prezidentləri səviyyəsində mövcud təmaslar möhkəmləndirilir və müzakirələr əsnasında gələcək inkişaf perspektivləri həm müzakirə edilir, həm də vacib qərarlar qəbul olunur. Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmələri imzalanmış Birgə Bəyannamədə də öz əksini tapmışdır”, - deyə N.Aslanov bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8225 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022