Mobil versiya
Naxçıvanda törədilən cinayətlərin statistikası
Tarix: 18-01-2022 | Saat: 09:49
Bölmə:Cəmiyyət | çapa göndər

Naxçıvanda törədilən cinayətlərin statistikası

2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub.

"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, daxili işlər nazirinin vəzifələrini icra edən, polis polkovniki Rəşad İsmayılov deyib.

Nazir əvəzi bildirib ki, il ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb.

"Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024