AZ RU Mobil versiya
Könül Nurullayeva: “Human Rights Watch” kimi təşkilatlardan yenə Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur
Tarix: 17-01-2022 | Saat: 16:01
Bölmə:Manşet / Gündəm | çapa göndər

Könül Nurullayeva: “Human Rights Watch” kimi təşkilatlardan yenə Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur

“Human Rights Watch” təşkilatı yenə Azərbaycanla bağlı qərəzli hesabat yayıb. Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, guya müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Məsələ burasındadır ki, müharibə Ermənistan ərazisində baş veməyib. Doğrudur, Ermənistan 44 gün ərzində buna dəfələrlə cəhd etdi, hətta humanitar atəşkəs dövründə Azərbaycanın münaqişə bölgəsindən çox-çox uzaq olan iri şəhərləri elə Ermənistan ərazisindən atəşə məruz qoydu. Lakin həlak olan mülki insanlarımızın da, şəhidlərimizin də qisası yalnız döyüş meydanında alınırdı. Bu mənada Ermənistanda 71 məktəbin hansı səbəbdən dağılması suallar yaradır. Aydın görünür ki, bu, ya təşkilatın ermənipərəst ekspertlərinin fantaziyasıdır, ya da erməni mənbələrinin şişirdilmiş rəqəmlərdən ibarət məlumatlarından götürülüb. Məsələ burasındadır ki, müharibə başa çatdıqdan sonra Azərbaycanın dəvəti ilə bölgəyə səfər edən təşkilat nümayəndələri Ermənistanın müharibə cinayətlərinin şahidi olublar. Hətta bu səfərdən sonra təşkilat tərəfindən “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə də hazırlandı. Həmin sənəddə də qeyd olundu ki, “noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”. Təəssüf doğuran budur ki, həmin hesabatda əks olunan səhih mlumatlar illik hesabata daxil edilməyib.

Digər bir qərəz Azərbaycan ordusunun guya “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyması” ilə bağlıdır. Belə ki, hesabatda ua BMT və AŞPA-nın əsirlərlə bağlı Azərbaycana müraciət etməsinə istinad olunur. Halbuki həm BMT, həm də AŞPA hər iki ölkəni müharibənin fəsadlarını aradan qaldırmağa çağırıb. Ən əsas məsələ isə - Azərbaycan hərbi əsirləri hətta Ermənistandan daha əvvəl geri qaytarıb. Müharibədən sonra saxlanılanlar isə təbii ki, hərbi əsirlər hesab olunmur. Onlar birmənalı şəkildə terroçudurlar. Hətta cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.

Bir sözlə, hesabat başdan ayağa qərəzdir. Dövlət başçımız da dəfələrlə, hətta xarici KİV-lər müsahibəsində də bir neçə təşkilatın, o cümlədən də “Human Rights Watch”un Azərbaycana qarşı aqressiyasını şərh edib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9128 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022