AZ RU Mobil versiya
Türkiyə ilə Ermənistan ilkin şərtlər olamdan danışıqları davam etdirmək barədə razılıq əldə edib - Türkiyə XİN
Tarix: 14-01-2022 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

Türkiyə ilə Ermənistan ilkin şərtlər olamdan danışıqları davam etdirmək barədə razılıq əldə edib -

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirlyinin bəyanatında deyilir.

Qeyd olunub ki, ilk görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında dialoq vasitəsilə reallaşdırılacaq normallaşma prosesinin gedişatı ilə bağlı fikir mübadiləsi aparıb.

"Tərəflər müzakirələri tam normallaşma məqsədilə ilkin şərtlər olamdan davam etdirmək barədə razılıq əldə edib. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi barədə əlavə məlumat veriləcək", - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

548 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022