Baş nazir Əli Əsədov ilə Qazaxıstanın Baş naziri Alixan Smailov arasında telefon danışığı olub
Tarix: 13-01-2022 | Saat: 17:42
Bölmə:Siyasət | çapa göndər

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.
Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.
Baş nazir Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025