Azərbaycanda "Omikron"a yoluxanların vəziyyəti AÇIQLANDI
Tarix: 13-01-2022 | Saat: 12:07
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Azərbaycanda koronavirusun "Omikron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.
aia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar: "Həmin ştama yoluxan 12 nəfərin 8-dən götürülən təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
Xatırladırıq ki, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.
əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024