Rusiya separatçıların "müstəqilliyini" tanıyacaq?
Tarix: 11-01-2022 | Saat: 12:15
Bölmə:Siyasət | çapa göndər

Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrindəki separatçı rejimlərin "dövlət müstəqilliyi"nin rəsmən tanınması ilə bağlı Rusiyanın Dövlət Dumasında qərar layihəsi hazırlanıb.
Dumanın Şimali Osetiyadan olan deputatı, Rusiya Federasiyasının Kommunist Partiyasının (KPRF) funksioneri Kazbek Taysayev belə deyib.
Onun sözlərinə görə, mənsub olduğu partiyanın Dumadakı fraksiyası "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın dövlət müstəqilliyinin Rusiya tərəfindən rəsmən tanınmasını nəzərdə tutan qərar layihəsini artıq hazırlayıb.
"Əminəm ki, bu məsələ yaxınlarda gerçəkləşəcək. Ukraynanın şərqindəki situasiyanın nizamlanmasını nəzərdə tutan Minsk anlaşmalarının alternativi yoxdur. Amma rəsmi Kiyev əlindən gələni edir ki, buna mane olsun. Kiyev qəsdən belə edir ki, qurbanlar çox olsun. Onlara savaş gərəkdir, çünki okeanın o tayından alınan göstəriş belədir", - K.Taysayev deyib.
Rusiyanın daxili siyasətində tanınmayan, regional siyasət müstəvisində fiqur olaraq əyalətin "səs"i kimi təqdim edilən Taysayevin bəyanatı ilk baxışdan irreal və absurd təsir bağışlasa da, bu açıqlama Ukraynaya növbəti təzyiq cəhdidir.
Kazbek Taysayev KPRF-də Donbasın "kurator"u kimi tanınır.
Ukraynanın şərqindəki separatçı rejimlərin "dövlət müstəqilliyi"nin tanınması Rusiya üçün yeni və çox ağır problemlər yaradaraq Qərbi Moskvaya qarşı daha sərt addımlar atmağa sövq edə bilər.
Moskva bunu bilir, amma Taysayev kimi marionetlərin bəyanatları vasitəsilə situasiyanı yoxlamaqdan da vaz keçmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025