Mərkəzi Gömrük Hosptalının uzman cərrah uroloqu “Sidik kisəsi xərçəngi” mövzusunda məlumat verib
Tarix: 07-01-2022 | Saat: 12:17
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Dünya üzrə yayılma tezliyi hər 100 000 nəfərə 2, Avropa üzrə isə 6-dır. Sidik kisəsi xərçəngi kişilərdə daha tez-tez rast gəlinir. Ən geniş yayılmış risk faktoru tütünçəkməkdir. Tütünçəkmə xəstəlik hallarının yarısında rast gəlinir. Tütünçəkmə sidik kisəsi xərçəngi riskini 4 dəfə artırır. Digər risk faktorlarına kimya, kauçuk, boyaq və neft sənayesində istifadə olunan kimyəvi maddələr daxildir.
Makroskopik hematuriya sidik kisəsi xərçənginin ən çox rast gəlinən birinci simptomudur. Xəstələrin 90%-i bu şikayətlə həkimə müraciət edirlər. Hematuriya adətən laxtalı və ağrısızdır. Xəstələrin 20%-də sidik kisəsinin qıcıqlanma simptomlarına dizuriya, sidik ifrazının tezliyinin artması və təcili sidik ifrazı daxildir.
Sistoskpiya ən vacib müayinədir. Sidik yaxmasının sitoloji müayinəsi sidik kisəsi xərçənginin 1/3-ni təyin edə bilir. Mənfi sitoloji analiz nəticələri sidik kisəsi xərçəngi və sonrakı müayinələri istisna etmir, amma pozitiv nəticələr demək olar ki, həmişə sidik kisəsi xərçənginin əlamətidir. Sitoloji analizin bir dəfə aparılması kifayətdir. Əlavə olaraq digər müayinələr və sidiyin ümumi analizi, kişilərdə prostat spesifik antigen analizi yerinə yetirilməlidir. Bütün xəstələrdə yuxarı sidik yollarının adətən KT uroqrafiyası edilməlidir.
Sidik kisəsi səthi xərçənginin müalicəsi transuretral elektrorezeksiyadan (TUR) ibarətdir. Sidik kisəsi rezeksiya proseduru zamanı sidik kisəsi daxili kimyəvi terapiyanın bir dəfə edilməsi şişin residivini azalda bilər. Sonrakı müalicəyə ehtiyac risk təsnifatına əsaslanır. Aşağı riskli şişlər digər müalicələri tələb etmirlər. Residiv və proqressivləşmə riski sidik kisəsi daxili terapiya ilə azaldıla bilər, ən çox istifadə olunan dərman BDG (Bacillus Calmette-Guerin), epirubin və mitomycin C-dir.
İnvaziv sidik kisəsi xərçənginin qızıl standart müalicəsi sistektomiyadır. Əməliyyat edilən zaman xəstələrin təxminən yarısında metastaz olur. Bir qrup xəstə əməliyyat sonrası da əlavə kimyaterapiya və radioterapiya müalicələri alır. Normal sidik ifrazı qabiliyyətini qoruyub saxlayan cərrahi metodlar xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmışdırlar. Xəstələr residivə səbəb olduğu üçün tütünçəkməni dayandırmaq üçün ruhlandırılmalıdırlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
11:40 Şuşa Zəfərinə gedən yol