Mobil versiya
Deputat: Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq
Tarix: 06-01-2022 | Saat: 10:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat: Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi tarixi bir qərardır. Xalqımız bu qərarı böyük sevinc hissi ilə qarşıladı.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, tarixi torpağımız olan Şuşa bizim üçün qeyrət, qəhrəmanlıq rəmzidir. Şuşa, həmçinin Azərbaycan xalqının mədəniyyət beşiyi, Qarabağın gözüdür. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı, o cümlədən Şuşanı işğaldan azad etdi. Şuşanın azad edilməsi ilə düşmən təslim olduğunu qəbul edərək, kapitulyasiya aktını imzaladı.

F.Yıldırım qeyd edib ki, Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada böyük quruculuq işlərinə start verildi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında həyata keçirilən nəhəng quruculuq işləri sürətlə davam edir.

“Ötən bir ildə Şuşa müxtəlif mədəni, o cümlədən beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hazırda şəhərin tarixi siması özünə qaytarılır. Görülən bütün bu işlər bir şuşalı kimi məni də çox qürurlandırır.

2022-ci ildə Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. “Şuşa İli” çərçivəsində burada bir sıra yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Qarabağımızın gözü olan Şuşanın bərpası və yenidən qurulması işi də yeni vüsətlə davam edəcək”, - deyə Fatma Yıldırım qeyd edib.

Deputat vurğulayıb ki, bütün bunlar bu torpağın sahibinin kim olduğunu bir daha təsdiqləyir. “Şuşa İli”nin elan olunmasının sevincini dostlarımız da bizimlə bölüşəcək. Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025