Nazir: "DSMF-nin nazirliyə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacaq"
Tarix: 07-05-2016 | Saat: 21:16
Bölmə:Gündəm | çapa göndər
"Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacaq".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
S.Müslümov deyib ki, nazirliyin hazırladığı layihədə birləşmə nəticəsində kənarda qalan işçi qüvvəsindən əsasən məşğulluq mərkəzlərinin yenidən kompleksləşdirilməsi üçün istifadə olunması nəzərdə tutulub: "Biz həmin prosesi həyata keçirmişik və bu məsələyə Maliyyə Nazirliyi ilə birgə baxılıb. Ayrı-ayrı strukturlar, həm onların aparatları, həm də yerli orqanları yenidən nəzərdən keçirilir. Ən optimal hesab etdiyimiz variant tapılıb. Buna uyğun olaraq, müvafiq təkliflər paketi hazırlanıb. Hazırda həmin təkliflər paketinə Prezident Administrasiyasında baxılır. Son varinat hazır olan kimi Prezident İlham Əliyevə təqdim olunacaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər