Mobil versiya
YAP Saatlı rayon təşkilatının təşkilatçlığı ilə “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTOLAR
Tarix: 23-12-2021 | Saat: 17:22
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Saatlı rayon təşkilatının təşkilatçlığı ilə “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda    elmi-praktiki konfrans  keçirilib

23 dekabr 2021-ci il tarixdə YAP Saatlı rayon təşkilatının təşkilatçlığı ilə “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Rayonun Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirdə YAP Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev qonaqları və konfrans iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lütvəli Şıxəliyev çıxış edərək bildirdi ki, davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqeyini ildən-ilə daha da möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Əgər Heydər Əliyev Azərbaycanı xaos və tənəzzüldən inkişaf yoluna çıxartmışdırsa, Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı bütün sahələrdə sürətlə müasirləşən, yeniləşən, dünya miqyasında sayılıb-seçilən dövlətə çevirməyə nail olub. Bəli, bu gün Azərbaycan bütövlükdə nəinki Avropada hətta dünyada öz sözünü deyir, mənafelərini lazımınca müdafiə edir. İqtisadi sahədə dəqiq müəyyənləşdirilmiş iqtisadi strategiya nəticəsində inkişafının keyfiyyətcə yeni mərhələsində uğurla irəliləyir. Müstəqil daxili və xarici siyasət yeridən Ölkə Rəhbəri milli maraqları layiqincə müdafiə edir. Vətəndaşlarımızın sosial rifah halı, güzəranı günü-gündən daha da yaxşılaşır. Əldə olunmuş uğurlar insanlarda gələcək barədə yalnız nikbin təəssürat və daxili əminlik yaradır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlərimiz çoxdan geridə qalıb.

Konfransda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan strateji kursun məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir. Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilmiş, ölkənin maliyyə imkanları genişlənmişdir. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf Azərbaycanı tarixi Zəfərə aparan çox mühüm və həlledici amillərdən biri olmuşdur.

Konfransda çıxış edənlər qeyd etdilər ki, Azərbaycan ötən müddətdə çox böyük inkişaf yolu qət edərək iqtisadi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxaraq ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyətində qeyd etdiyi bütün ümidlərini doğruldaraq, onun siyasi irsini, ideyalarını, dövlətçilik prinsiplərini uğurla davam və daha da inkişaf etdirərək ölkəmizi daha böyük uğurlara aparır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024