Mobil versiya
YAP Sabirabad rayon təşkilatında elmi-praktiki konfrans keçrilmişdir
Tarix: 23-12-2021 | Saat: 10:30
Bölmə:Seçki 2024 | çapa göndər

YAP  Sabirabad rayon təşkilatında elmi-praktiki konfrans keçrilmişdir

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev - Davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktiki konfrans keçrilmişdir

YAP Sabirabad rayon təşkilatı Sabirabad rayon Heydər Əliyev mərkəzində “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev - Davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktiki konfrans təşkil etmişdir

Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Məleykə Ağayeva, Sabirabad RİH başısının müavini Həsən Həsənov, Sabirabad rayon Gəclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev və ərazi ilk partiya təşkilat sədrləri iştrak etmişdirlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Ağayeva tədbirdə giriş nitqi ilə çıxış edərək bildirdiki, cənab İlham Əliyevin prezident seçildiyi ilk gündən bugünə qədərki bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir: "İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verdi və bugünə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, torpağın mənafeyi uğrunda çalışdı və bütün çıxışlarında da qətiyyətlə qeyd etdi ki, biz işğalda olan torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik. Elə Azərbaycan Prezidentinin ən böyük tarixi qələbəsi da Qarabağ torpaqlarının düşmən işğalından azad etməsidir. İlham Əliyevin on səkkiz ili Azərbaycan tarixinin unudulmaz səhifələridir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatı inkişaf edib, Azərbaycan beynəlxalq aləmdə tanınmağa başlayıb, ordu güclənib, insanların həyat şəraiti yaxşılaşıb və nəhayət ən əsası isə 30 illik Qarabağ həsrətinə son qoyuldu".

Daha sonra Sabirabad RİH başcısının müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının könüllüsü İbrahimzadə Xanım və digər natiqlər çıxış edərək bildirdilərki, cənab prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Konfransda prezident İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən qısa metrajlı videoçarx iştrakçılara təqdim olunmuşdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024