Mobil versiya
Aliment ödəməyənlər avtomobil sürməyə həsrət qala bilərlər
Tarix: 07-05-2016 | Saat: 12:28
Bölmə:Media | çapa göndər

Aliment ödəməyənlər avtomobil sürməyə həsrət qala bilərlər







Dünən Milli Məclisdə İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi zamanı deputat Elmira Axundova maraqlı təkliflər səsləndirib.

AIa.Az avtosfer.az-a istinadən bildirir ki, deputat deyib ki, adı çəkilən məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir: "Cərimələr 300 manatdan 500 manata qədər, 700 manatdan 1000 manata qədər, 1000 manatdan 2000 manata qədər və s. artırılır. Bunu ağlabatan hesab etmək olar. İstəmirsən günlərini dəmir barmaqlıqlar arasında keçirəsən, buyur, cərimə ödə və azadlıqda qal. Belə təcrübə bir çox Qərb ölkələrində mövcuddur, özü də cərimələr bizimkindən qat-qat sərt və yüksəkdir.

Bununla yanaşı bir məsələni mütləq qeyd etmək lazımdır. Bu da cəmiyyətimiz tərəfindən məhkəmə qərarlarının icrasına qarşı laqeydliyin olmasıdır. Belə ki, məhkəmənin təyin etdiyi cərimələr vətəndaşlar tərəfindən hətta 3-4 il ərzində ödənmir və onlar bunu ödəmək fikrində də deyillər, bir tərəfdən imkansızlıq, digər tərəfdən isə məsuliyyətsizlik hökm sürür. Özünüz də tanıdığınız icraçılardan maraqlanın görün cərimələrin ümumrespublika üzrə neçə faizi icra olunur. Demək olar, cərimələrin 60-70 faizi icra olunmur.
Həqiqətən də dövlət orqanlarının tələblərinə, məhkəmə qərarlarına laqeyd yanaşma, məhkəmə qərarlarının cavabdehlər tərəfindən icra edilməməsi günümüzdə çox aktualdır. İstər aliment, kredit öhdəlikləri, istərsə də digər mülki mübahisələrlə bağlı məhkəmənin qəbul etdiyi qərarların icrasından on minlərlə yayınmalar var.
Bildiyiniz kimi, məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Cinayət Məcəlləsinin 306-cı maddəsi üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Amma hələ də bir çox vətəndaşlar bu maddənin təsiri altına düşməkdən qorxmurlar. Bir çoxları alimentin, bəziləri borc öhdəliyinin, həmçinin digər mülki öhdəliklərinin icrasından boyun qaçırmağa davam edirlər.
Məlumat üçün qeyd edim ki, 2015-ci il 17 noyabr tarixində Rusiya Dövlət Duması yol hərəkəti qaydasının pozulmasına görə müəyyən olunan cəriməni və 10 min rubldan çox aliment borcunu ödəməyən şəxslərin sürücülük hüququndan məhrum olunmasını nəzərdə tutan qanun qəbul etdi. Bu qanun həmçinin sağlamlığa ziyana görə zərərin ödənməməsi, ailə başçısının ölümünə görə ziyanın ödənməməsi, cinayət nəticəsində vurulan ziyanın ödənməməsi və s. görə sürücülük hüquququn məhdudlaşdırılmasına da aid edilir. Bu, əlbəttə, bizim üçün də gözəl nümunə ola bilər".

Yeri gəlmişkən, deputat xatırladıb ki, bir neçə il əvvəl də maraqlı təklif irəli sürüb: "Təkliflə çıxış etmişdim ki, alimentin icrasından boyun qaçıran şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti ilə yanaşı onların sürücülük hüququ da məhdudlaşdırılsın. Biz Rusiyadan fərqli olaraq təkcə aliment öhdəliyini icra etməyənlərə qarşı yox, ümumiyyətlə, belə bir maddənin tətbiq dairəsini genişləndirərək mülki öhdəliklərini yerinə yetirməyənlərə, təyin edilən cərimələri ödəməyənlərə qarşı bənzəri tədbirlər həyata keçirə bilərik. Düşünürəm, bu cür tədbirlər öhdəliklərin yerinə yetirilməsində əhəmiyyətli rol oynaya bilər.
Buna görə mən cərimələri sərtləşdirməklə yanaşı, Cinayət və ya İnzibati Xətalar məcəllələrinə yeni maddənin salınmasını təklif edərdim.
Fikrimcə, cərimələri ödəməyənlərə qarşı ölkədən çıxmanın qadağan olunması, müxtəlif lisenziyanın geri alınması, sürücülük hüququnun məhdudlaşdırılması və s. kimi müddəaları nəzərdə tutan dəyişiklikləri ya Cinayət, ya da İnzibati Xətalar Məcəlləsində etməliyik ki, bu gün və gələcəkdə edəcəyiniz dəyişikliklər kağız üzərində qalmasın, icra olunsun".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024