Natiq Misirov: “Prezident İlham Əliyevin siyasət kursu Azərbaycanın sosial və iqtisadi inkişaf yoludur”
Tarix: 22-12-2021 | Saat: 13:30
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində 2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Bu kurs Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və həmin güc mərkəzlərinin verdikləri tapşırıqları sözsüz yerinə yetirməkdədir. Bu ölkələrdən tamamilə fərqli olaraq dövlətimiz bütün sahələr üzrə, o cümlədən beynəlxalq sahədə müstəqil siyasət həyata keçirir. Əlbəttə ki, bu müstəqillik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu. Eyni zamanda da ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı. 2003-2020-ci illər ərzində ordu quruculuğu işini böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla da həll variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Bu gün də Azərbaycan məhz bu hüququndan istifadə etdi.
Lakin müasir dövrdə müharibələr yalnız hərb müstəvisində aparılmır. Müharibə eyni zamanda, iqtisadi, siyasi, ideoloji sahələri də əhatə edir. Buna görə də Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünü durmadan artırmaqla ötən illər ərzində Ermənistanı beynəlxalq hüquq normalarına əsaslanan tənzimləmə variantına məcbur etməyə çalışdı. Müəyyən dövlətlər Ermənistanın iqtisadi blokadadan çıxarılması yönümündə addımlar atmağa çalışsalar da, möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın uğurlu diplomatiyası nəticəsində bu cəhdlər heç bir səmərə vermədi. Həmçinin Vətən müharibəsinin gedişi zamanı bir çox xarici qüvvələr tərəfindən Azərbaycana təzyiqlərə cəhd göstərildi. Lakin Azərbaycan Prezidenti siyasi-diplomatik müstəvidə də son dərəcə uğurlu gedişlər edərək bütün bu cəhdlərin nəticəsini heçə endirdi.
Son 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları sınayan Azərbaycan 2020-ci il sentyabr ayının 27-də nəhayət düşməni sülhə məcburetmə əməliyyatlarına başlamalı oldu. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan bütün Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla özünün yeni tarixinin ilk və ən şərəfli səhifəsini yazdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 18 il bundan əvvəl dövlətimizin idarəçilik sükanını öz əllərinə götürdüyü zaman xalqa verdiyi vədinə əməl etdi. Möhtərəm dövlət başçımız o zaman demişdi ki, Azərbaycan öz torpaqlarını azad edəcək və lazım gələrsə biz bunu müharibə yolu ilə edəcəyik! Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin növbəti möhtəşəm təntənəsi oldu!
Natiq Misirov,
11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025