Mobil versiya
Gələn il uşaqlar üzrə 9 istiqamət üzrə müavinətlər olacaq - Nazir müavini
Tarix: 22-12-2021 | Saat: 10:59
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Gələn il uşaqlar üzrə 9 istiqamət üzrə müavinətlər olacaq - Nazir müavini

Gələn il uşaqlar üzrə 9 istiqamət üzrə müavinətlər olacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirlirib. 800-dən çox uşaq bu proqramdan yararlanıb.

"Növbəti illərdə sırf sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı yeni sənəd hazırlanıb. Bu, Milli Fəaliyyət Planıdır və növbəti 6 ildə icra olunacaq.

Digər layihə isə övladlığa götürmə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymətləndirilməsində elektron platformadan istifadə edilib. Növbəti layihə himayədar ailə layihəsidir. Bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir", - nazir müavini deyib.

A.Kəromov bildirib ki, hazırda 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı dövlət sosial yardımı alır. Onlardan yarıdan çoxu qadın və uşaqlardır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024