Azərbaycan davamlı inkişaf yolundadır!
Tarix: 22-12-2021 | Saat: 10:01
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır.
Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqeyini ildən-ilə daha da möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerşəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Zəhmətə tapınan halal insanlar onlar üçün yaradılmış əlverişli şərait müqabilində yalnız səylə, əzmlə işləmək, yüksək nəticələr əldə etmək, dövlətə fayda vermək barədə düşünürlər. Vətəndaşlarımızın sosial rifah halı, güzəranı günü-gündən daha da yaxşılaşır. Respublikamızdakı dinamik inkişaf prosesi insanların gündəlik həyatında, məişətində, yaşam tərzində dolğun təccəssümünü tapır. Mövcud uğurlar insanlarda gələcək barədə yalnız nikbin təəssürat və daxili əminlik yaradır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlərimiz çoxdan geridə qalıb. Bütün uğur və nailiyyətlərin əsasında bir vacib amil dayanır – lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabilliyətindən çox şey – ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi aslıdır. Bu qənaətlə hamı bölüşür ki, müstəqil respublikamız da hazırkı möhtəşəm nailiyyətlərinə görə məhz Ümummilli lider Heydər Əliyev irsini layiqincə davam etdirən onun siyasi varisi Prezident İlham Əliyevə borcludur.
Əgər Heydər Əliyev Azərbaycanı xaos və tənəzzüldən inkişaf yoluna çıxartmışdırsa, Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı bütün sahələrdə sürətlə müasirləşən, yeniləşən, dünya miqyasında sayılıb-seçilən dövlətə çevirməyə nail olub. Bəli, bu gün Azərbaycan bütövlükdə nəinki Avropada hətta dünyada öz sözünü deyir, mənafelərini lazımınca müdafiə edir. İqtisadi sahədə dəqiq müəyyənləşdirilmiş iqtisadi strategiya nəticəsində inkişafının keyfiyyətcə yeni mərhələsində uğurla irəliləyir. Azərbaycan regional güc mərkəzinə və bölgənin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkədir. Ötən əsrin sonunda müstəqilliyini bərpa etmiş respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və mütəmadi yüksəlişə malik dövlət olaraq tanınır.
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsini təmin edir.
Birmənalı şəkildə vurğulamaq olar ki, ədalətin bərpası - Azərbaycan tarixinin zirvə hadisəsidir. 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızın əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev siyasətinin təntənəsidir. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək tarixi ədalətsizliyin aradan qaldırılmasına nail olmuşdur. Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Bu, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Amma, eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan strateji kursun məntiqi nəticəsidir. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf Azərbaycanı tarixi Zəfərə aparan çox mühüm və həlledici amillərdən biri olmuşdur. İqtisadi müstəqilliyin və milli inkişafın təmin olunması, müasir standartlar və yeni yanaşmalar əsasında ordunun maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini mümkünləşdirmişdir.
Xalq-lider birliyinin təmin olunması və Azərbaycanın imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan böyük Qələbə ölkəmizi yeni strateji nailiyyətlərə və zirvələrə aparır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın qısa müddətdə və yüksək səviyyədə təmin olunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilərək bu istiqamətdə müvafiq işlər görülür. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlərin mühüm iqtisadi mənfəət qazanması deməkdir. Bütün bunlar isə Azərbaycanın milli tərəqqisində yeni mərhələnin başlanmasıdır.
Lütvəli Şıxəliyev
YAP Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025