Mobil versiya
İlk dəfədir ki, baş verir - İrəvanın başqa çarəsi qalmadı
Tarix: 21-12-2021 | Saat: 14:35
Bölmə:Siyasət | çapa göndər

İlk dəfədir ki, baş verir - İrəvanın başqa çarəsi qalmadı

O bildirib ki, Ermənistan rəhbərliyi artıq hərbi-siyasi provokasiyalarla mövcud vəziyyəti dəyişdirəcəyinə ümid etməməlidir:

"Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən üçtərəfli müzakirələrin nəticəsində həm kommunikasiyaların açılması, həm də sərhədlərin müəyyənləşməsi ilə bağlı müsbət qərarlar qəbul olundu.

Hər şeydən əvvəl isə Avropa İttifaqının post-münaqişə reallıqlarından çıxış edərək yanaşma sərgilədiyinin şahidi olduq. Bu, son dərəcə önəmli məqam olmaqla, 44 günlük müharibənin yaratmış olduğu geosiyasi reallıqların Avropa İttifaqı tərəfindən tanındığını ortaya qoyur.

Prezident İlham Əliyevin NATO Baş katibi ilə görüşündə də biz oxşar yanaşmaların şahidi olduq. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistanın manevr imkanları tamamilə tükənmiş durumdadır. Rəsmi İrəvan artıq hərbi-siyasi provokasiyalarla mövcud vəziyyəti dəyişdirəcəyinə ümid edə bilməyəcək.

Soçi və Brüssel görüşlərinin nəticələri bunu nəzərdə tutur. Həm Rusiya, həm də Qərbin sərgilədiyi mövqe Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünə görə İrəvanın mövcud razılaşmalara əməl etməkdən başqa çarəsi qalmır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025