Mobil versiya
Müşavir: "Azərbaycan" nəşriyyatının əsl təyinatı üzrə fəaliyyət göstərməsini planlaşdırırıq"
Tarix: 18-12-2021 | Saat: 10:28
Bölmə:Seçki 2024 | çapa göndər

Müşavir: "Azərbaycan" nəşriyyatının əsl təyinatı üzrə fəaliyyət göstərməsini planlaşdırırıq"

"Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün kadr islahatları labüddür".

Bunu "Report"a açıqlamasında "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı deyib.

O bildirib ki, islahatlar prosesi mexaniki olmayacaq: "Yəni, biz çalışmaq istəyən bacarıqlı əməkdaşların təcrübəsindən bəhrələnmək niyyətindəyik. Bu istiqamətdə addımlar yalnız işimizin daha səmərəli aparılması naminə atılacaq. "Azərbaycan" nəşriyyatının gələcəklə bağlı planları çoxşaxəlidir. Bura həm mətbu orqanlarla daha sıx əməkdaşlıq, onların nəşriyyatın binasında rahat fəaliyyət göstərməsinin təmin olunması, başqa sözlə nəşriyyatın əsl təyinatı üzrə fəaliyyət göstərməsi, həm də çap prosesinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, texniki təminatın yaxşılaşdırılması, yeni sifarişçilərin cəlb edilməsi daxildir".

Müşavir nəşriyyatda maliyyə yoxlamalarının aparılması iddialarını təkzib edib: "Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024