Mobil versiya
Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirəcək - "Yeni Şafak"
Tarix: 17-12-2021 | Saat: 12:54
Bölmə:Seçki 2024 | çapa göndər

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirəcək - "Yeni Şafak"

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı razılaşdırılan Azərbaycanla Naxçıvan arasındakı dəmiryol xətti Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirəcək.

Bu barədə "Yeni Şafak" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, görüş zamanı liderlər Zəngəzur dəhlizindən keçəcək dəmir yolu və avtomobil yolunun tikintisi ilə bağlı razılıq əldə edib.

Bundan başqa, məqalənin müəllifləri bildirir ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək və bu da regional ticarətə müsbət təsir göstərəcək.

"Bu dəhlizin işə düşməsi ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və quru yolu ilə yükdaşıma gücü artacaq və bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin artmasına töhfə verəcək" - məqalədə deyilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024