Cavid Osmanov: Brüssel görüşləri Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab edilməlidir
Tarix: 16-12-2021 | Saat: 11:00
Bölmə:Parlament | çapa göndər
Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan etdi. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
“Bəyanatda Avropa İttifaqı Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Onsuz da Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq münasibətlərində maraqlı olduğunu hər zaman qeyd edir”, - deyə C.Osmanov vurğulayıb.
Deputat qeyd edib ki, Avropa İttifaq Şurasının Prezidenti öz Bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar Moskva və 26 noyabr Soçi görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib. Bu isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan öz üzərinə düşən öhdəlikləri zamanında yerinə yetirir. Əslində, Ermənistan öhdəliklərin yerinə yetirilməsinə bir o qədər də ciddi səy göstərmir. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Bəyanatda yer alan mühüm məqamlardan danışan C.Osmanov deyib: “Bunlardan biri odur ki, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacib amildir. Çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.
Bundan əlavə, Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu isə o deməkdir ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək. Ermənistan tərəfi torpaqlarımızı işğalda saxladığı 30 il müddətində davamlı olaraq ərazilərimizi minalarla çirkləndirib. Azərbaycan erməni terrorunun bu növündən bu gün də əziyyət çəkir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi qənaətinə gəlmək mümkündür. Çünki Avropa İttifaqı Şurasının Prezidentinin Bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub ki, bu da olduqca müsbət məqamdır”.
C.Osmanov vurğulayıb ki, ümumilikdə Brüssel görüşləri Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab edilməlidir. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstəyin ifadə olunması Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyindən hasil olan nəticədir.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi fikirlər ümumilikdə Azərbaycanın istək və maraqları ilə üst-üstə düşür. Avropa İttifaqının Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına dəstəyinin ifadə olunması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifinin irəli sürülməsi mühüm məqamlardandır. Regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının dəstəyi Şarl Mişelin Bəyanatında ifadə edilib.
Sənəddə dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd olunur ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı vurğulanır.
Bir sözlə, Avropa İttifaqı tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğu özünü göstərir”, - deyən deputat fikrini yekunlaşdırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu