Mobil versiya
Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq - Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu
Tarix: 14-12-2021 | Saat: 12:09
Bölmə:Seçki 2024 | çapa göndər

Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq - Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu

Azərbaycanla 2,5 milyard dollarlıq qarşılıqlı ticarət dövriyyəmiz var. Kənd təsərrüfatında da yaxşı nailiyyətlər əldə edəcəyimizi düşünürəm.

Bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumunda çıxışı zamanı deyib.

Q qeyd edib ki, beynəlxalq münasibətlər baxımından Bakı-Tbilisi-Qars dəmir yolu xətti əlbəttə ən önəmli layihələrdən biridir.

"Türkiyə ilə Azərbaycanı quru yolla bir-birinə bağlayacaq Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq. Bundan başqa kənd təsərrüfatı, infrastruktur, mədənçilik sahəsində də əməkdaşlığımızı gücləndirməliyik", - N.Olpak deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası prosesi Azərbaycan üçün nə qədər önəmlidirsə, hamımız üçün bir o qədər əhəmiyyətlidir. Biz də layihələrimizlə dəstək olacağımızı düşünürük.

İnvestisiya layihələri ilə yanaşı maliyyələşmə məsələsi də var. Türkiyənin bu sahədə böyük təcrübəsi var. Bunu təkcə təcrübə paylaşımı olaraq deyil, eyni zamanda Azərbaycanda və Gürcüstanda icra edilməsinin məhsuldar olacağını hesab edirik.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Foruku 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024